Aİ səfirləri Rusiyaya qarşı yeni sanksiyalar mexanizmi ilə bağlı razılığa gəliblər


Avropa İttifaqının səfirləri Moskvanın üçüncü ölkələrə qarşı iddia edilən hibrid hərəkətləri üçün tətbiq ediləcək yeni sanksiyalar mexanizmi barədə razılığa gəliblər.


AFN.az xəbər verir ki, bu barədə TASS Brüsseldəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

“COREPER (Aİ-nin Daimi Nümayəndələr Komitəsi – red) Rusiyanın üçüncü ölkələrə qarşı hibrid hərəkətləri üçün yeni sanksiyalar mexanizmini təsdiqləyib”, - deyə mənbə agentliyə açıqlamasında bildirib.

Mexanizmin təfərrüatları ilə bağlı hələlik heç bir açıqlama verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu