Gürcüstan parlamentinin spikeri LGBT təbliğatını qadağan edən qanunu imzalayıb


Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezident Salome Zurabişvilinin təsdiq etməkdən imtina etdiyi LGBT təbliğatın qadağan edən qanunu imzalayıb.


Bu barədə Papuaşvilinin adından feyzbuk sosial şəbəkəsində yerləşdirilən bəyanatda deyilir.

“Bu gün Gürcüstan Konstitusiyasına əsasən, Salome Zurabişvilinin imzalamaqdan imtina etdiyi “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram. Müvəqqəti, dəyişkən ideyalar və ideologiyalar əsrlər boyu möhkəmlənən sağlam düşüncəyə, tarixi təcrübəyə və xristian, gürcü və Avropa dəyərlərinə əsaslanır” - deyə onun açıqlamasında qeyd olunur.

Papuaşvili prezidentin qanunu imzalamaqdan imtina etmək qərarının simvolik olduğunu deyib və onu “müxalifətin nominal lideri” adlandırıb. Parlament sədri qeyd edib ki, o, qanunun Qərb tərəfdaşlarının qınaq obyektinə çevriləcəyini yaxşı bilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu