İsrail Livandakı Hizbullah infrastrukturunu tamamilə məhv etmək niyyətindədir
İsrail ordusu Livanın cənubunda quru əməliyyatı zamanı şiə Hizbullah təşkilatının bölgədəki hərbi infrastrukturunu tamamilə məhv etmək niyyətindədir və onun bərpasına imkan verməyəcək.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi Livanla sərhəd bölgəsində keçirdiyi əməliyyat görüşündən sonra deyib.
"Biz bu infrastrukturu məhv etmək və orada olan hər kəsi məhv etmək əzmindəyik. Biz Hizbullahın bu yerlərdə möhkəmlənməsinə imkan verməyəcəyik", - deyə o, bildirib.
"Hizbullaha bütün sektorlarda - Beyrutda, Bekaa vadisində və Livanın cənubunda zərər davam edəcək", - Halevi əlavə edib.
Cənubi Livanda quru əməliyyatının gedişindən danışan Halevi İsrail qoşunlarının Qəzza zolağında əldə etdiyi döyüş təcrübəsini uğurla tətbiq edərək, orada düşmən üzərində qələbə çalacağına əminliyini ifadə edib: "Qoşunlarımız hər zamankindən daha hazırlıqlı və təlim keçmişdir, Qəzzada təcrübəyə malikdir və onların döyüş meydanında üstünlüyü aydındır. Qoşunlar havadan və yerdən atəş dəstəyinə malikdir və cəsarətlə hərəkət edirlər".