Uelsdə oğru girdiyi evdə paltarları asdı, yemək bişirdi və sahibinə qeyd yazdı
Uelsdə maraqlı oğurluq hadisəsi baş verib. Oğru evinə girdiyi qadının paltarlarını asıb, alış-verişini şkafa qoyub və özünə yemək bişirib. Gedərkən qoyduğu qeyddə “Narahat olma, xoşbəxt ol, ye” yazıb.
İyulun 16-da baş verən hadisədə 36 yaşlı Damian Vojniloviç bir qadının evinə girib, paltarlarını asıb, alış-verişini yerləşdirib və mətbəxdə yemək bişirib.
Qadın işdən evə qayıdanda bağdakı əşyaların yerindən tərpəndiyini görüb. Təkrar emal qutusu boşaldılmış, hətta quş yemləri də doldurulmuşdu.
Evdə daha da təəccüblü detallar var idi. Soyuducudan götürülmüş inqrediyentlərlə yemək hazırlanıb, çantada olan məhsullar soyuducuya yerləşdirilib.
Köhnə mətbəx ləvazimatları atılaraq yenisi ilə əvəz olunub.
Diş fırçalarının başlıqları dəyişdirilib və qonaq otağında kasa konfetlə doludurulub.
Oğrunun “Narahat olma, xoşbəxt ol, ye” qeydi qoyduğu da bildirilib.
Qadın bu hadisədən sonra evdə qalmaqdan qorxduğunu və bir müddət rəfiqəsi ilə yaşadığını bildirib.
Mənbə: BBC