BMT: Qəzza sakinləri son bir ildə ağlasığmaz dəhşətlərlə üzləşiblər
Qəzza zolağında yaşayanlar son bir ildə təsvir olunmaz dərəcədə dəhşət yaşayıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Kommunikasiyalar üzrə baş mütəxəssisi Louise Uotidc deyib.
Müharibənin başlamasından təxminən bir il keçdiyini xatırladan Uotidc Qəzzada 1,9 milyon insanın didərgin düşdüyünü, 41 mindən çox insanın isə həlak olduğunu bildirib.
Qəzzada insanların 12 aydır amansızcasına yaşadıqları dəhşətin sözlə ifadə edilə bilməyəcəyini ifadə edən Uotidc fikrini belə izah edib: "Bütün bir əhalinin hər gün və hər saat yaşadığı qorxunu tam təsvir edə bilmərəm".
Xəstəxanalarda sıx qan qoxusunun olduğunu vurğulayan Uotidc çarəsiz qalan həkimlərin bir çox uşağın həyatını xilas edə bilmədiklərini də bildirib.