İran: İstənilən hücuma cavab olaraq İsrailin enerji obyektlərini hədəf alacağıq


İran İnqilab Keşikçiləri Ordusu komandanının müavini briqada generalı Əli Fedevi ölkəsinə qarşı hər hansı bir hücum olacağı təqdirdə təbii qaz yataqları və neft emalı zavodları da daxil olmaqla İsrailin bütün enerji resurslarını hədəf alacaqlarını bildirib.


AFN.az xəbər verir ki, Livanın "əl-Meyadin" televiziyasına danışan Fedevi İsrailin ölkəsinə hücum ehtimalını dəyərləndirib.

İsrailin İrana hücumunun Təl-Əviv rəhbərliyi üçün "məhv" mənasına gələcəyini deyən Əli Fedevi, "İşğalçı rejim səhv edərsə, bu rejimin bütün enerji qaynaqlarını, elektrik stansiyalarını, bütün neftayırma zavodlarını və qaz yataqlarını hədəfə alacağıq" - deyə vurğyulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu