Hollandiyadan Ukraynaya 400 milyon avro dəstək
Hollandiya Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasına kömək etmək üçün 400 milyon avro sərmayə qoyacaq.
Bunun Hollandiyanın müdafiə naziri Ruben Brekelmans bazar günü Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı Hollandiyanın Ukraynanın pilotsuz uçuş aparatının (PUA) inkişaf proqramına 400 milyon avro sərmayə qoyacağını açıqlayıb.
Pilotsuz təyyarələrin ilk növbədə havada istifadə ediləcəyini bildirən Brekelmans, "Kəşfiyyat, müdafiə və hücum missiyaları üçün nəzərdə tutulmuş müxtəlif tipli inkişaf etmiş pilotsuz təyyarələrə diqqət yetirəcək bir fəaliyyət planına 400 milyon avro sərmayə qoyuruq" ifadələrini işlədib.
İnvestisiyaların təxminən yarısının Hollandiyada xərclənəcəyini, qalan hissəsinin isə Ukrayna ilə digər ölkələr arasında bölüşdürüləcəyini bildirən nazir, indiyə qədər pilotsuz təyyarələrin inkişaf planına əlavə olaraq Hollandiyanın Ukraynaya 3,76 milyard avroluq hərbi dəstək verdiyini bildirib.
Brekelmans həmçinin Hollandiyanın yaxın vaxtlarda Kiyevə daha 24 ədəd F-16 qırıcısı təhvil verəcəyini bildirib, lakin dəqiq tarix açıqlamayıb.
Mənbə: DHA