Brüsseldə Qərbi Azərbaycana Qayıdışla bağlı beynəlxalq konfrans keçiriləcək


Azərbaycanlıların və digər Türkdilli Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 23-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.



Demokrat.az xəbər verir ki, səfər zamanı nümayəndə heyəti Brüsseldə keçiriləcək “Qərbi Azərbaycana Qayıdış layihəsinin beynəlxalq hüquqi aspektləri və müddəaları" mövzusunda beynəlxalq konfransa qatılacaqlar. Beynəlxalq tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycanlıların və digər Türkdilli Xalqlarının Əməkdaşlıq Mərkəzinin, Azərbaycan-Belçika Dostluq Dərnəyinin, və Belçika-Türkcə Media Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılovla birlikdə səfərdə “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “LAF TV”-nin rəhbəri Ləman Ələşrəfqızı, "Demokrat.az" xəbər portalının rəhbəri Vasif Həsənli, "İnkişafa və İslahatlara Dəstək" İctimai Birliyinin sədri Ramil Əliyev, ATXEM-in mətbuat katibi, "Birlik" jurnalının şef-redaktoru Səadət Ramazan, ATXEM-in İctimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Leyla Abbasova iştirak edəcək.

Səfər zamanı keçiriləcək görüşlərdə Azərbaycan Respublikasının regionda üzləşdiyi problemlər, onun xarici əlaqələri, Qərbi Azərbaycan və Qarabağ məsələləri ilə bağlı son vəziyyət, xüsusilə də azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının beynəlxalq hüquqi aspektləri kimi mövzular müzakirə ediləcək.

Səfər çərçivəsində oktyabrın 24-də Brüssel şəhərində fəaliyyət göstərən bələdiyyə, millət vəkilləri ilə və ayrı-ayrı təşkilatlarda görüşlər, oktyabrın 25-də Brüsseldə beynəlxalq konfrans və konfransdan sonra tədbir iştırakçıları ilə qala yeməyi təşkil olunacaq, 26-da isə tədbir iştırakçıları Almaniyanın Limburq şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan "Kanal Avropa TV"-nin "Brüssel" Kanal Gündəmi" proqramında qonaq olacaqlar. Proqrama Azərbaycan-Belçika Dostluq Dərnəyinin başqanı Ayhan Dəmirçi və Belçika-Türkcə Media Birliyinin (BTMB) rəhbəri Hüseyn Dönmez də qatılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu