Quterreş Kazanda keçiriləcək BRİKS sammitində iştirak etmək niyyətindədir

BMT-nin baş katibi Antonio Quterreş BRİKS-in Kazanda keçiriləcək sammitində iştirak etmək niyyətində olduğunu açıqlayıb.
O, bu haqda BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.
AFN.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Quttereş BMT Baş Assambleyası çərçivəsində Sergey Viktoroviç Lavrovla görüşü zamanı öz niyyətindən danışıb”, - deyə Zaxarova müvafiq suala cavab verib.