İsrail ordusu 2 gündə Qəzzanın şimalında 118 hücum həyata keçirib - BMT
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrail ordusunun sentyabrda Qəzzanın şimalında 140, 8 və 9 oktyabrda isə 118 hücum təşkil etdiyini açıqlayıb.
UNRWA-nın X hesabında edilən açıqlamada İsrailin Qəzzanın şimalında davam edən hücumlarının fələstinlilərə ciddi şəkildə təsir etdiyi bildirilib.
Bəyanatda dərhal atəşkəs və hər zaman mülki əhalinin müdafiəsi çağırışı təkrarlanıb.
Qəzzadakı müharibədə təxminən 17 mini uşaq, 11 min 378-i qadın olmaqla 42 min 65 fələstinli həyatını itirib, 97 min 886 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.