Litva Rusiya ilə ticarət gəmiçiliyi haqqında sazişi ləğv etmək niyyətindədir

Litva Rusiya ilə ticarət gəmiçiliyinə dair hökumətlərarası sazişi ləğv etməyə hazırlaşır.
Sənədin geri götürülməsi ilə bağlı təşəbbüs Litvanın Rabitə və Nəqliyyat Nazirliyi tərəfindən gəlib.
“Beynəlxalq hüququn davamlı pozulması ilə bağlı geosiyasi vəziyyəti, habelə dövlətlərarası ticarət-iqtisadi əməkdaşlığın praktiki olaraq dayandığını və qeyri-mümkün olduğunu nəzərə alaraq, bu sazişin denonsasiya edilməsi məqsədəuyğundur”, - deyə XİN-ə göndərilən təqdimatda deyilir.
Sözügedən saziş 1993-cü ildə imzalanıb, 1994-cü ildə qüvvəyə minib.
Hökumətdə bu məsələyə baxıldıqdan sonra Nazirlər Kabineti denonsasiya təklifi ilə razılaşarsa, təsdiq olunmaq üçün parlamentə göndəriləcək.