Yaponiya 50 ildən çox yaşı olan AES-in istismarına icazə verib


Yaponiya Atom Enerjisi Tənzimləmə Təşkilatı 2024-cü ilin noyabrında 50 yaşı tamam olacaq Takahama Atom Elektrik Stansiyasının (Fukui prefekturası) ilk enerji blokunun davamlı istismarını təsdiqləyib.


AFN.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Bildirilir ki, bu, Yaponiyada tənzimləyicinin yaşı 50-dən çox olan enerji blokunun davamlı işləməsinə icazə verdiyi ilk haldır. Yapon tənzimləyicisi hərtərəfli yoxlamalar apardıqdan sonra bu qənaətə gəlib ki, Takahama AES-in ilk enerji bloku bütün təhlükəsizlik standartlarına cavab verir. İcazə 10 il müddətinə verilib.

Yaxın vaxtlara qədər Yaponiyada nüvə reaktorlarının istismar müddəti 40 il müddətinə uzadılması üçün əlavə təsdiqdən sonra 60 il idi. Bununla belə, 2023-cü ildə qanunvericiliyə atom elektrik stansiyalarının istismara verildikdən 30 il sonra hər 10 ildən bir yoxlanılmasını öhdəsinə götürən düzəlişlər təsdiqlənib.

2011-ci ilin yazında “Fukusima-1” AES-də baş vermiş qəzadan sonra Yaponiya hökuməti bütün atom elektrik stansiyalarını bağlamaq qərarına gəlib. Daha sonra mümkün təxribatla bağlı təhlükəsizlik tədbirləri gücləndirildikdən sonra bəzi reaktorlar yenidən işə salınmağa başlayıb. Hazırda Yaponiya hakimiyyəti qlobal enerji qiymətlərinin artması fonunda reaktorların yenidən işə salınmasına böyük diqqət yetirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu