Ərəb Liqası İsrailin Livana hücumlarını pisləyib
Ərəb Liqası İsrail ordusunun Livana davam edən hücumlarını pisləyib.
Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeytin imzaladığı bəyanatla İsrail döyüş təyyarələrinin Livanın cənubundakı Nəbatiyə bələdiyyəsinə endirdiyi hava zərbələrinə reaksiya verilib.
Təl-Əvivin Avropadan gələn tənqidlərə dözümlü olmadığına diqqət çəkən bəyanatda İsrail ordusunun Qəzza zolağında yaşayan fələstinli mülki vətəndaşlara qarşı qırğınlarını artırmağa davam etdiyi vurğulanıb.
Açıqlamada İsrail ordusunun Qəzza zolağının şimalında fələstinliləri deportasiya etmək üçün hücumlarını davam etdirdiyi, Qəzzada deportasiya planları çərçivəsində insanların da çadırlarda bombardman edildiyi bildirilib.
Qəzzada ağlasığmaz cinayətlərin törədildiyi, beynəlxalq ictimaiyyətin Livanda da eyni cinayətlərin törədilməsinə biganə qalaraq bu cinayətlərə ortaq olacağına diqqət çəkilib.