ABŞ və Kanada hərbi gəmiləri Tayvan boğazından keçib


ABŞ və Kanada donanmasına məxsus iki döyüş gəmisinin Tayvan boğazından keçdiyi bildirilib.


ABŞ-ın Sakit Okeandakı 7-ci Donanması tərəfindən verilən açıqlamada, "Arleigh Burke" sinif idarə olunan raketləri daşıyan USS Higgins esminesi və Kanada Kral Donanmasının "Halifax" sinifli HCMS Vancouver freqatının oktyabrın 20-də Tayvan boğazından keçdiyi bildirilir

Bəyanatda açıq dənizdə üzmə azadlığının qüvvədə olduğu sulardan keçidin beynəlxalq hüquq normalarına uyğun olduğu vurğulanıb və gəmilərin heç bir ölkənin ərazi sularında olmayan dəhlizdən istifadə etdiyi qeyd edilib.

“Higgins və Vankuverin Tayvan boğazından keçməsi Birləşmiş Ştatların müttəfiqləri və tərəfdaşları ilə birlikdə bütün ölkələr üçün naviqasiya azadlığına prinsipcə sadiqliyini nümayiş etdirdi”, - deyə bəyanatda vurğulanır.

Tayvan boğazının yerləşdiyi bölgəyə cavabdeh olan Çin Xalq Azadlıq Ordusunun (PLA) Şərq Cəbhəsi Komandanlığından verilən açıqlamada ABŞ və Kanada gəmilərinin Tayvan boğazından keçməsinə nəzarət edildiyi və qaydalara uyğun olaraq Çin döyüş təyyarələri və gəmiləri tərəfindən izlənildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu