Rusiya: Şimali Koreya ilə əməkdaşlığımız heç kimi narahat etməməlidir


Rusiya suveren hüquqları çərçivəsində Şimali Koreya ilə hər sahədə əməkdaşlığı inkişaf etdirir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

"Bu, heç kimi narahat etməməlidir, çünki bu əməkdaşlıq üçüncü ölkələrə qarşı deyil" - deyə Peskov qeyd edib.

Şimali Koreyanın Rusiyanın ən yaxın qonşusu və tərəfdaşı olduğunu xatırladan sözçü bildirib ki, iki ölkə münasibətlərini hər sahədə inkişaf etdir: "Biz bu əməkdaşlığı daha da inkişaf etdirəcəyik".

Peskov Şimali Koreya ordusunun Rusiyada olduğu iddiası ilə bağlı məlumatların ziddiyyətli olduğuna da diqqət çəkib: "Cənubi koreyalılar bir şey deyir, sonra Pentaqon belə açıqlamaları təsdiq etmədiklərini açıqlayır".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu