"Lufthansa" İran və Livan uçuşlarının ləğvini 2025-ci ilə qədər uzadıb


Almaniyanın "Lufthansa" aviaşirkəti Yaxın Şərqdə daha genişmiqyaslı qarşıdurma ilə bağlı narahatlıqlar səbəbindən İran və Livana uçuşların təxirə salınma müddətini uzatdığını açıqlayıb.


Şirkətdən verilən açıqlamaya görə, şirkət əməliyyat səbəblərindən önümüzdəki aylarda Tehran və Beyruta uçuşları davam etdirməyəcək.

Bildirilir ki, Livanın paytaxtı Beyrutla əlaqə 28 fevral 2025-ci il tarixinədək, Tehrana uçuşlar isə 31 yanvar 2025-ci ilə qədər dayandırılıb.

"Lufthansa" İsrailin hücumlarından sonra artan təhlükəsizlik narahatlıqları səbəbindən son vaxtlar Yaxın Şərqə uçuşların ləğvini dəfələrlə uzadıb.

Bu həftənin əvvəlində "Lufthansa" Tel-Əvivə uçuşlarının dayandırılmasını noyabrın 10-na qədər uzatdığını açıqlayıb.

"Lufthansa" Qrupuna "Eurowings", "Swiss", "Austrian Airlines" və "Brussels Airlines" kimi şirkətlər də daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu