İsrail həbsxanalarında 10 mindən çox fələstinli var


İsrail həbsxanalarındakı fələstinlilərin sayının son bir ildə iki dəfə artaraq 10 min 100-ü keçdiyi açıqlanıb.


Fələstin Əsirlər Dərnəyindən verilən açıqlamada, İsrailin Qəzza zolağına hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana işğal altındakı İordan çayının qərb sahilində saxlanılan və hələ də həbsxanalarda tutulan fələstinlilərlə bağlı məlumat verilib. Bildirilib ki, onların sayı sonradan sərbəst buraxılanlar da daxil olmaqla, 11 min 400-ü keçib.

İsrail ordusunun İordan çayının qərb sahilində saxladığı məhbuslar arasında 430 qadın və 750 uşaq da var.

Məhbusların arasında 129 jurnalistin olduğu, onlardan 58-nin hələ də saxlanıldığı bildirilib.

İsrail tərəfindən saxlanılan və şəxsiyyətləri dəqiqləşdirilə bilən 58 jurnalistin 6-nın qadın, 29-unun isə Qəzzadan olan kişi jurnalist olduğu açıqlanıb.

“İnzibati həbs” adlandırdığı təcrübə ilə İsrail fələstinliləri heç bir ittiham və mühakimə olmadan 1 aydan 6 aya qədər həbs edə bilər.

Hərbi məhkəmələr məhbusun hansı cinayətdə ittiham olunduğunu açıqlamadan “İsrailin təhlükəsizliyinə təhlükə yaratdığına” qərar verərək həbs müddətini 5 ilə qədər uzada bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu