Litva Ukraynaya yardımı təhlükəsizliyə ən yaxşı sərmayə hesab edir
Litvanın Ukraynaya yardımı öz təhlükəsizliyin ən yaxşı sərmayədir.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, bunu respublika parlamentinin spikeri Viktoriya Çmilit-Nilsen deyib. Onun sözlərinə görə, Litva ÜDM-in üç faizindən çoxunu müdafiəyə ayırır. Bununla belə, Nilsen bildirib ki, respublika üçün təhlükəsizliyə ən yaxşı investisiya Ukraynaya yardımdır.
Siyasətçi qeyd edib ki, Litvada Rusiya tərəfindən təzyiqlər müşahidə olunur. "Lakin bu fakt Vilnüsün Ukraynaya bir çox sahələrdə yardımını davam etdirməsinə mane olmayacaq" - deyə Litva spikeri əlavə edib.