Yaponiyada yenidən işə salınan AES-in fəaliyyəti dayandırılıb


Yaponiyanın "Tohoku Electric Power" operatoru Miyaqi prefekturasındakı Onaqava atom elektrik stansiyasının oktyabrın 29-da yenidən işə salınan ikinci enerji blokunu yoxlama üçün bağladığını bildirib.


Noyabrın 3-də stansiyada elektrik enerjisinin istehsalına başlanılması nəzərdə tutulsa da, avadanlıqlarda problem yarandığından prosesə start verilməyib. Nəticədə zavodun operatoru reaktoru bağlamaq qərarına gəlib. Stansiya mütəxəssisləri tezliklə yoxlamaya başlayacaqlar. Onaqava AES-in ikinci reaktorunun nə vaxt yenidən işə salınacağı barədə hələlik heç bir məlumat yoxdur.

İkinci Onaqava reaktoru, fövqəladə vəziyyətdə olan Fukusima-1 atom elektrik stansiyasının enerji blokları kimi, qaynar su tiplidir. Yaponiyada 2011-ci ildən bəri ilk dəfədir ki, bu tip reaktor yenidən işə salınır.

Fukusima-1 qəzasından əvvəl Yaponiyadakı atom elektrik stansiyaları enerji balansının təxminən 30%-ni təşkil edirdi. Nüvə enerjisindən müvəqqəti olaraq məcburi imtina nəticəsində ölkədə əsas yük istilik stansiyalarının üzərinə düşür. Hökumət təhlükəsizlik yoxlamaları apardıqdan sonra atom elektrik stansiyalarının qismən yenidən işə salınması siyasətini həyata keçirməyi gözləyir. İkinci Onaqava reaktoru Yaponiyanın 13-cü nüvə enerji blokudur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu