Parisin mərkəzində məhdud hərəkət zonasının tətbiqinə başlanılıb
Fransanın paytaxtı Parisin bəzi nəqliyyat vasitələrinin keçməsinin qadağan olduğu mərkəzi bölgələrində Məhdud Hərəkət Zonası (ZTL) tətbiqi istifadəyə verilib.
Paris Bələdiyyəsinin ötən ayın sonunda açıqladığı ZTL tənzimləməsi bu gündən etibarən ölkənin paytaxtında qüvvəyə minib.
Parisin 1-ci, 2-ci, 3-cü və 4-cü rayonlarını əhatə edən tənzimləmə ilə zərurət halları istisna olmaqla, avtomobillərin bu bölgələrdən tranzit keçməsi qadağandır.
Tətbiqlə 5,5 kvadrat kilometr ərazidə avtobus, taksi, təcili yardım və əlil avtomobillərdən başqa motorlu nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək. Bu bölgələrdə yaşayan və işləyənlər də məhdudiyyətdən azad olunacaqlar.
Paris Bələdiyyəsinin məlumatlarına görə, bu bölgələrdə hər gün 350 mindən 550 minə qədər avtomobil hərəkət edir. Hərəkətin məhdudlaşdırılması tədbiri ilə bələdiyyə Parisin mərkəzində yaşayan təxminən 110 min insanın həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir.
Təxminən 6 aylıq sınaq müddətindən sonra tətbiq üçün nəzarət və cəza sistemi qüvvəyə minəcək.
Ayın əvvəlindən şəhərdə qüvvəyə minən başqa bir nəqliyyat tətbiqi ilə dairəvi yollarda sürət həddi saatda 70 kilometrdən 50 kilometrə endirilib.
Mənbə: AA