Zaxarova: Moldovadakı seçkilər tarixin ən qeyri-demokratik seçkiləri oldu
Moldovada keçirilən prezident seçkiləri Moldova müstəqilliyinin bütün illərində ən qeyri-demokratik seçki oldu.
AFN.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Moldova müstəqilliyinin bütün illərində keçirilən ən qeyri-demokratik seçki kampaniyası olduğunu söyləmək mübaliğə olmaz. Onun fərqləndirici cəhəti hakimiyyətin müxalifətə və müstəqil mətbuata, xüsusən də rusdilli mediaya qarşı görünməmiş repressiyaları, açıq müdaxiləsi idi” - deyə o, qeyd edib.
Zaxarova bildirib ki, Moldova hakimiyyəti prezident seçkiləri zamanı çoxsaylı qanun pozuntularına və saxtakarlıqlara yol verib: “Ekspertlər və politoloqlar hakimiyyətin çoxsaylı qanun pozuntularını və saxtakarlıqlarını bildirirlər. Onlar poçtla səsvermənin qeyri-şəffaf təşkilinə diqqət çəkirlər ki, bu da saxtakarlıq üçün imkanlar açır”.
O qeyd edib ki, prezident seçkilərindən sonra Moldova hakimiyyəti Moldova cəmiyyətində parçalanmanı gücləndirməməli, Rusiya ilə əlaqələrin saxlanmasının tərəfdarı olan öz vətəndaşlarının maraqlarını nəzərə almalıdır: “Moldova demokratiyasındakı acınacaqlı vəziyyətə baxmayaraq, biz gözləyirik ki, hakimiyyətdə qalan respublika rəhbərliyi cəmiyyətdə parçalanmanı dərinləşdirməyəcək və Qərb kreditorlarının ardınca getməyəcək, əksinə, öz əksəriyyətinin maraqlarına hörmət etmək yolu tutacaq. Ümid edirik ki, Qərb ölkələrində deyil, Moldovanın özündə yaşayan vətəndaşların baxışları əsas götürüləcək. Onlar Moldova milli kimliyinin dağıdılmasına və respublikanın Konstitusiyasında təsbit olunmuş neytral statusun qorunmasına qarşı olduqlarını təsdiq etdilər".