İsveçdə pravoslav icması Rusiyanın xeyrinə casusluqda şübhəli bilinir


Stokholmdan 100 km qərbdə, İsveçin Västeras şəhərində yerləşən yeni tikilmiş pravoslav kilsə icması Rusiya üçün casusluq fəaliyyətində iştirakda ittiham edilir.


AFN.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

"Kilsə həm Västeras hava limanı, həm də enerji sektorundakı iri sənaye şirkətləri haqqında məlumat toplamaq üçün istifadə edilə bilən potensial tramplindir" - deyə məlumatda bildirilir.

Kilsə strateji əhəmiyyətli Västeras hava limanına, şəhərin su təmizləyici qurğusuna və ABB və Westinghouse enerji şirkətlərinin istehsalat obyektlərinə yaxın ərazidə yerləşir. Qəzetin yazdığına görə, İsveçin dini təşkilatlara dəstək üzrə dövlət qurumu İsveç Təhlükəsizlik Polisinin (SEPO) tövsiyəsi ilə Västerasdakı pravoslav kilsəsinə maliyyə dəstəyini dayandırıb. Əks-kəşfiyyat bəyan edib ki, kilsə nümayəndələri Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqə saxlayıblar. Västeras bələdiyyə şurasının rəhbəri SEPO-nun iddialarını "narahatedici" adlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu