Mozambikdə internet qadağası 14 gündən sonra qaldırılıb
Mozambikdə hökumət seçkinin nəticələri elan ediləndən bəri tətbiq edilən internet qadağasını ləğv edib.
Yerli mediada yer alan xəbərlərə görə, oktyabrın 9-da keçirilən ümumi seçkilər elan edildikdən sonra internetə girişi əngəlləyən Mozambik hökuməti, "ölkəni məhv olmaqdan qorumaq" səbəbiylə məhdudiyyətləri qaldırıb.
Bildirilib ki, noyabrın 8-dən ölkədə mobil internet yenidən istifadəyə verilib və “virtual komendant saatı” kimi tanınan 19.00-08.00 arası internet kəsilməsi də aradan qaldırılıb.
Sosial media şəbəkələrinə girişin hələ də məhdudlaşdırıldığı iddia edilirdi.