“Amerika PAC” Trampın seçilməsi üçün təxminən 200 milyon dollar xərcləyib - İDDİA


Amerikalı milyarder İlon Maskın təsis etdiyi “Amerika PAC” adlı siyasi fəaliyyət komitəsinin noyabrın 5-də keçirilən seçkilərdə Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın seçilməsi üçün təxminən 200 milyon dollar xərclədiyi iddia edilib.



Məsələdən xəbəri olan bir şəxs Associated Press-ə (AP) Mask tərəfindən qurulan “Amerika PAC” təşkilatının seçkilərdə Trampa verdiyi dəstəklə bağlı anonimlik şərti ilə açıqlama verib.

Adı açıqlanmayan şəxs deyib ki, “Amerika PAC” Trampın seçilməsi üçün təxminən 200 milyon dollar xərcləyib.

Mask yelləncək ştatlarında Trampı dəstəkləyən “Amerika PAC” adlı siyasi fəaliyyət komitəsinin kampaniyasına imza atanlar arasında noyabrın 5-dək hər gün seçilən şəxsə 1 milyon dollar verəcəyini açıqlamışdı.

Püşkatmada iştirak etmək üçün qeydiyyatdan keçmiş seçicilər ünvan və telefon nömrəsi kimi şəxsi məlumatlarını təqdim etməli və konstitusiyanı dəstəklədiklərini bildirən iltizam imzalamalı idilər.

Xatırladaq ki, Filadelfiya rayon prokuroru Lari Krasner ""Amerika PAC" və Mask Filadelfiya vətəndaşlarını şəxsi məlumatlarını vermələri və 1 milyon dollar qazanmaq şansı müqabilində siyasi öhdəliklər götürmələri mövzusunda aldadır" ifadələrini işlədib və amerikalı milyarderə qarşı "qanunsuz lotereya təşkili” ittihamı ilə məhkəmə iddiası qaldırmışdı. Lakin məhkəmə Krasnerin müvəqqəti qadağan tələbini rədd etmişdi və lotereyanın davam edə biləcəyinə qərar vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu