Ukraynada 2025-ci ildə prezident seçkiləri keçiriləcək?


Münaqişə davam etdiyi müddətdə Ukraynada prezident seçkilərinin keçirilməsi qeyri-mümkündür.


AFN.az xəbər verir ki, bunu Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Müharibə zamanı prezident seçkilərinin keçirilməsi üçün heç bir ilkin şərt yoxdur”, - deyə o, “La Repubblica” qəzetinə müsahibəsində 2025-ci ildə seçkilərin olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.

Son vaxtlar Ukraynada prezident seçkilərinin 2025-ci ildə keçirilə biləcəyi ilə şayiələr yayılır.

Zelenskinin prezident səlahiyyətləri rəsmi olaraq 2024-cü il mayın 20-dən sonra başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu