Pentaqon Konqresə illik UFO hesabatını təqdim etdi: 485 insident baş verdi
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Milli Kəşfiyyat Müdirliyi (DNI) ilə birlikdə ümumilikdə 757 hadisəni əhatə edən "Naməlum Anomaliyalar (UAP)" hesabatını Konqresə təqdim etdiklərini açıqlayıb.
Pentaqonun verdiyi açıqlamada hesabatın 2022-ci Maliyyə İli Milli Müdafiə İcazə Aktına uyğun olaraq Nazirliyin Bütün Ərazi Anomaliyaların Həlli Ofisi (AARO) tərəfindən hazırlandığı bildirilib.
Qeyd edilib ki, builki hesabata 1 may 2023-cü il - 1 iyun 2024-cü il tarixləri arasında ümumilikdə 485 hadisə, həmçinin 2021 və 2022-ci illərdə baş vermiş, lakin AARO-ya bildirilmədiyi üçün qeydə alınmayan 272 UAP hadisəsi yer alıb.
Açıqlamada bu il qeydə alınan hadisələrdən 118-nin hava şarları, quşlar və pilotsuz uçuş aparatları səbəbindən aradan qaldırıldığı, digər hallarla bağlı araşdırmaların davam etdiyi bildirilib.
AARO-nun indiyədək araşdırdığı UAP işlərinin ümumi sayının 1 iyun 2024-cü il tarixinə 1600-ü ötdüyü diqqətə çatdırılıb və bildirilib ki, UAP hadisələrinin yaratdığı potensial təhlükələrin təhlili və başa düşülməsi bir çox nazirliyin və qurumların iştirak etdiyi birgə səylə davam edir.
Mənbə: AA