Venesuela ABŞ-ın elan etdiyi yeni sanksiyalara sərt reaksiya verib
Venesuela hökuməti ABŞ-ın elan etdiyi yeni sanksiyaların ölkə vətənpərvərlərini hədəf aldığını və bu qərarlara boyun əyməyəcəklərini bəyan edib.
Venesuela hökuməti öz internet səhifəsində verdiyi açıqlamada ABŞ-ın hakim partiyaya yaxın yüksək səviyyəli şəxslərə qarşı sanksiyalarını pisləyib.
Açıqlamada ABŞ-ın təktərəfli zülmkar qərarlarına boyun əyməyəcəyi vurğulanıb.
Venesuela hökuməti ABŞ-ın bu sanksiyalarla ictimaiyyətdən dəstək tapa bilməyən bir qrupa dəstək verməyi hədəflədiyini ifadə edib.
ABŞ tərəfindən sanksiya tətbiq edilən yüksək səviyyəli venesuelalılara Prezident Aparatının naziri Anibal Koronado, Rabitə naziri Freddi Nanez, Həbsxana Xidmətləri Naziri Xulio Qarsiya Zerpa, Bolivar Milli Qvardiyası, Bolivar Milli Polisi, Bolivar Milli Kəşfiyyat Xidməti (SEBIN) və Hərbi Əks Kəşfiyyat Baş İdarəsinin üzvləri (DGCIM) daxildir.