BCM-in keçmiş baş prokuroru ailəsinin təhdid edildiyini açıqlayıb
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Fatou Bensouda deyib ki, o və ailəsi baş prokuror kimi həssas məsələlərlə məşğul olarkən birbaşa təhdidlərə məruz qalıb.
İngiltərənin "The Guardian" qəzetində çıxan xəbərə görə, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) keçmiş baş prokuroru Fatou Bensouda Londonda qatıldığı tədbirdə 2012-2021-ci illər arasında baş prokuror vəzifəsində işlədiyi müddətdə məruz qaldığı bəzi təhdid və təxribatlara toxunub.
Özünün, ailəsinin və müşavirlərinin üzərində işlədikləri həssas fayllar səbəbiylə təhdid edildiyini iddia edən Bensouda, onlara boyun əymədiklərini ifadə edib.
ICC-nin siyasi müdaxilə olmadan işini davam etdirməsi lazım olduğuna işarə edən Bensouda, "Siyasi hesablamaların qərar vermə proseslərində rol oynamasına icazə verilməməlidir" deyib.
Bensouda əlavə edib ki, BCM-ni formalaşdıran Roma Əsasnaməsini imzalayan dövlətlərin dəstəyi məhkəməni hər cür siyasi təzyiq və manipulyasiyadan qorumaq üçün həyati əhəmiyyət kəsb edir.