İranda havanın çirklənməsi səbəbindən hər il təxminən 40 min insan ölür
İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi ölkədə hər il təxminən 40 min insanın havanın çirklənməsi səbəbindən həyatını itirdiyini açıqlayıb.
"Tesnim" xəbər agentliyinin məlumatına görə, səhiyyə naziri Zəfərkəndi qatıldığı proqramdan sonra ölkədə havanın çirklənməsi ilə bağlı məlumat verib.
Zəfərkəndi “Statistikaya görə, hər il 40 minə yaxın insan havanın çirklənməsi səbəbindən ölür. Havanın çirklənməsi ölkəyə təxminən 12 milyard dollara başa gəlir. Bu vəziyyət göstərir ki, biz bu problemi həll etməliyik” deyib.
İranlı nazir bəyan edib ki, havanın çirklənməsi də xüsusilə uşaqlarda astma və ağciyər xəstəliklərinə səbəb olur.
Zəfərkəndi sözügedən məlumatların birbaşa və ya dolayı ölümləri göstərməsi ilə bağlı təfərrüatları açıqlamayıb.