İran Suriya ilə bağlı Rusiya, Türkiyə və Qətərlə görüşə razılıq verib
Dekabrın 7-8-də keçiriləcək Doha Forumu çərçivəsində Rusiya, İran, Türkiyə və Qətərin yüksək rütbəli nümayəndələrinin Suriyadakı vəziyyətlə bağlı görüşü gözlənilir.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
“Gələn həftə Dohada Qətər, İran, Türkiyə və Rusiyanın iştirakı ilə Suriyadakı vəziyyəti müzakirə etmək üçün toplantının keçiriləcəyi ehtimalı var”, - deyə "Əl-Cəzirə" telekanalı onun sözlərindın sitat gətirib. İranın "Fars" agentliyinin Əraqçiyə istinadən verdiyi məlumata görə, görüş Doha Forumu çərçivəsində xarici əlaqələr idarələrinin rəhbərləri səviyyəsində baş tuta bilər.