İran və Rusiya xarici işlər nazirləri Suriyadakı hadisələri müzakirə ediblər


İranın xarici işlər naziri Abbas Erakçi və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı hadisələri müzakirə ediblər.



İran Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, iki nazir görüş zamanı Suriyadakı vəziyyətin həlli üçün Astana prosesinin üç qarantı olan Türkiyə, İran və Rusiya arasında koordinasiyanın təmin edilməli olduğunu ifadə ediblər.

Erakçi və Lavrov Suriyanın milli suverenliyini, ərazi bütövlüyünü və terror təşkilatlarına qarşı mübarizəsini qətiyyətlə dəstəkləyəcəklərini bildiriblər.

Açıqlamada Lavrovun da Suriya ilə bağlı bütün tərəflərin koordinasiyasının və yaxın məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğuladığı qeyd edilib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına görə, iki nazirin görüşü zamanı Suriyanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstək təsdiqlənib.

Nazirlər Suriyada vəziyyətin sabitləşdirilməsinə yönəlmiş birgə səylərin intensivləşdirilməsi və Astana formatı çərçivəsində vəziyyətin hərtərəfli şəkildə təcili həllinin zəruriliyi barədə razılığa gəliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu