İsrail ordusunun Livanın cənubuna hücumu nəticəsində 9 nəfər həlak olub


İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubunda şiə milis Hizbullahın mövcud olduğu onlarla yaşayış məntəqəsinə hücum edib.


AFN.az xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb. Bildirilir ki, itkilər barədə məlumat raket hücumları nəticəsində iki evin dağıldığı və ən azı 9 nəfərin öldüyü Haris kəndindən daxil olub.

Hücumlar həmçinin Nəbatiyyə, Səidə və Tire şəhərlərinin kənarında, Livanın şərqindəki Bekaa vadisində və İqlim əl-Tuffah dağlıq bölgəsində həyata keçirilib. Hava zərbələri Hizbullah döyüşçülərinin Kfar Şuba yüksəkliklərində İsrail mövqelərini atəşə tutmasına cavab olaraq həyata keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu