Hizbullah yəhudilərin yaşadığı əraziləri bombaladı


Livandakı Hizbullah dəstələri Yuxarı Qalileydə İsrail yaşayış məntəqələrinə iri raket zərbələri endirib.


"Al Mayadeen" telekanalının verdiyi məlumata görə, Livan-İsrail sərhədindən 20 km aralıda yerləşən Safed şəhəri də daxil olmaqla 20 yəhudi yaşayış məntəqəsində hava hücumu sirenləri işə düşüb. Hücumun miqyasının getdikcə genişləndiyi və bir neçə raketin düşdüyü işğal olunmuş Qolan təpələrini əhatə etdiyi bildirilir.

Hizbullahın Teleqram kanalında yayımlanan bəyanatda bildirilir ki, əməliyyat Qəzza zolağındakı əl-Tabiyin məktəbində 100-dən çox fələstinlinin öldürülməsinə cavab olaraq şiə döyüşçülər tərəfindən həyata keçirilib.

Bundan əvvəl Livanın cənubundan Kiryat Şmona, Marqaliot, Misqav Am və Eilon yaşayış məntəqələrində İsrail hərbçilərinin mövqeləri, həmçinin Kfar Şuba təpələrində Zıbdin və Ramtadakı ordu kazarmaları atəşə tutulub.

İsrail Hərbi Hava Qüvvələri Hizbullahın Blida, Məcdəl Silm və Əl-Xiyam məntəqələrində reydlər həyata keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu