"Hizbullah" İsrail ərazisinə 18 raket atıb - Yaralananlar var
Livanın "Hizbullah" təşkilatının silahlıları sərhəd bölgələrində İsrail ordusunun mövqelərinə və mexanikləşdirilmiş patrullara 18 raket zərbəsi endirib.
AFN.az xəbər verir ki, bu barədə "əl-Məyadin" telekanalı məlumat yayıb.
Məlumata görə, Ərəb-Aramşe, əl-Merj və Vadi-Honin əraziləri atəşə tutulub. Raketlərin əksəriyyəti yaşayış olmayan ərazilərə düşüb. Bununla belə, iki yəhudi mühacir yaralanıb.
“The Times of Israel” qəzetinin verdiyi məlumata görə, noyabrın 12-də “Hizbullah”ın yəhudilərin yaşadığı Dovev qəsəbəsini atəşə tutması nəticəsində 17 mülki şəxs yaralanıb.