İsrail Hizbullahın səhra komandirlərindən birinin öldürüldüyünü açıqlayıb


İsrail ordusu Livanın cənubuna endirilən hava hücumunda Hizbullahın səhra komandirlərindən birinin öldürüldüyünü açıqlayıb.



Məsələ ilə bağlı İsrail ordusundan yazılı açıqlama verilib.

Açıqlamada Hizbullahın raket və raket bölməsindən məsul olan səhra komandiri Kasım Afif Səklavinin hədəf alındığı bildirilib.

Qeyd olunub ki, hücum ötən gün Livanın cənubundakı Sur şəhəri yaxınlığında pilotsuz təyyarə ilə həyata keçirilib.

Hizbullah Hərəkatı da öz bəyanatında Səklavinin öldürüldüyünü təfərrüatlı məlumat vermədən təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu