Avstriyada Motsartın adına şirniyyat istehsal edən fabrik bağlanıb
Avstriyada bəstəkar Volfqanq Motsartın adını daşıyan şirniyyatlar istehsal edən "Mirabell"fabriki 127 ildən sonra bağlanıb.
Bu barədə "Kurier" qəzeti məlumat yayıb.
"Mirabell Motsartkugel" şokoladlarının son partiyası dekabrın 5-i Cümə axşamı günü kolleksiya konteynerinə yerləşdirilib.
Məhsulun sonrakı taleyi naməlum olaraq qalır. Şirniyyat fabrikinin hüquqlarına sahib olan "Mondelez" korporasiyası məsələ ilə bağlı şərh verməyib.
Əvvəllər zavod ildə 12 tona yaxın şirniyyat istehsal edirdisə, son proseslər ildə bir tonu ötmürdü. İşinin sonuna qədər üç məhsul "Motsartkugeln", "Motsarttaler" və "Milkkettes" istehsalda qalıb.