FİFA Rusiyanın iki klubuna transfer qadağası qoydu
Beynəlxalq Futbol Federasiyası (FİFA) Rusiya Premyer Liqasının (RPL) iki klubuna transfer qadağası qoyub.
Bu barədə qurumun saytında məlumat verilir.
FİFA CSKA və "Ximki"yə yeni futbolçuların qeydiyyatını qadağan edib. Sanksiyalar müvafiq olaraq noyabrın 14 və 15-də qüvvəyə minib. Məhdudiyyət üç transfer pəncərəsi üçün - 2026-cı ilin yayına qədər tətbiq olunacaq.
Qeyd edək ki, FİFA və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sanksiyaları səbəbindən Rusiya milli komandaları və klubları bir neçə böyük beynəlxalq turniri buraxıblar. Onların arasında 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı və 2024-cü ildə Almaniyada keçirilən Avropa çempionatı var. Komandalar yalnız yoldaşlıq oyunları keçirir.