Xorvatiyada məktəbə bıçaqlı hücum nəticəsində 1 şagird ölüb, 6 nəfər yaralanıb


Xorvatiyanın paytaxtı Zaqrebdə ibtidai məktəbə bıçaqlı hücum nəticəsində 1 şagird ölüb, 1 müəllim və 5 şagird yaralanıb.



Zaqreb polisindən verilən açıqlamada səhər saatlarında paytaxtdakı Precko ibtidai məktəbində naməlum şəxsin bıçaqla müəllim və şagirdlərə hücum etdiyi bildirilib.

Səhiyyə naziri İrena Hrstic jurnalistlərə bildirib ki, hücum nəticəsində 7 yaşlı şagird hadisə yerində ölüb, 1 müəllim və 5 şagird isə yaralanıb.

Yaralıların xəstəxanalara göndərildiyini deyən Hrstic şagirdlərin xəsarətlərinin həyati təhlükəsinin olmadığını bildirib.

Zaqrebdəki "Sveti Duh" klinikasından verilən açıqlamada xəsarət alan müəllimin vəziyyətinin ağır olduğu bildirilib.

Əlindəki kəsici alətlə özünə zərər verdiyi öyrənilən təcavüzkarın polis nəzarətində olduğu açıqlanıb.

Baş nazir Andrey Plenkoviç də səhər saatlarında baş verən faciədən dərin kədərləndiklərini bildirib.

Plenkoviç yaralıların Zaqrebdəki xəstəxanalarda müalicə altına alındığını bildirərək, hadisənin gedişatının müvafiq nazirlik tərəfindən yaxından izləndiyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu