Almaniya prezidenti parlamentin buraxılması ilə bağlı qərarını dekabrın 27-də verəcək

Almaniya prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də Bundestaqın buraxılması ilə bağlı qərar verəcəyini açıqlayıb.
Ştaynmayer verdiyi açıqlamada hökumətin möhkəm parlament çoxluğu imkanının olmamasına əmin olması üçün bir neçə gündür Bundestaqdakı partiyaların qrup liderləri ilə görüşlər keçirdiyini bildirib.
Prezident Ştaynmayer Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq Almaniya Bundestaqının buraxılması ilə bağlı qərarı dekabrın 27-də qəbul etmək niyyətində olduğunu bəyan edib.