"Çido" qasırğasından zərər çəkmiş Mayotta əhalisi Makronun istefasını tələb edib


"Çido" qasırğasından zərər çəkən Fransanın Mayotte koloniyasında yaşayan insanlar adaya səfər edən Fransa prezidenti Emmanuel Makronu istefaya çağırıb.



Fransa mətbuatında yer alan xəbərlərə görə, Mayottada böyük dağıntılara səbəb olan qasırğadan 5 gün sonra Makronun adaya səfəri davam edir.

Makron dünən axşam Mayottenin Pamandzi qəsəbəsində ictimai reaksiya ilə üzləşib.

Yerli əhali qasırğadan sonra adada su çatışmazlığından və pis şəraitdən şikayətlənərək Paris hökumətini fəaliyyətsizlikdə ittiham edib.

Makronun görüşdüyü ada əhalisi Fransa prezidentinin yalan dediyini bəyan edərək, “istefa” və “su” şüarları səsləndiriblər.

Fransa prezidenti qasırğadan zərər çəkmiş kütləyə "Mən qasırğa deyiləm. Mən cavabdeh deyiləm" deyib.

Makron jarqon bir söz işlətməklə, “Mayotta adası Fransada olmasaydı, onların vəziyyəti 10 min dəfə daha çirkli olardı” iddiasını irəli sürərək, “Hind okeanında insanlara bu qədər yardımın edildiyi başqa bir yer yoxdur” deyib.

Digər tərəfdən, Fransa adada indiyədək 31 nəfərin öldüyü, təxminən 2500 nəfərin yaralandığı "Çido" qasırğası səbəbilə dekabrın 23-də milli matəm gününü etibarlı elan edib.

Fransanın yeni təyin olunmuş baş naziri Fransua Bayru da Mayotta adasının yenidən qurulması üçün parlamentə xüsusi qanun layihəsi təqdim edəcəklərini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu