Lukaşenko yeddinci dəfə prezident olmaq istəyir


Belarus prezidenti Aleksandr Lukaşenko 2025-ci il yanvarın 26-da keçiriləcək növbəti seçkilərdə dövlət başçısı vəzifəsinə namizəd kimi qeydə alınıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə qərar Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenkonun prezidentliyə namizədliyinin müdafiəsi üçün 2 milyon 518 min 145 seçici imzası etibarlı sayılıb.

Lukaşenko yeddinci dəfə Belarus dövlətinin başçısı postuna namizədliyini irəli sürəcək. 2020-ci ildə keçirilən əvvəlki seçkilərdə o, 80,1% səs toplayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu