Finlandiya Rusiyanın müsadirə etdiyi sənət əsərləri ilə bağlı araşdırmanı başa çatdırıb


Finlandiya Gömrük İdarəsi 2022-ci ilin yazında agentlik tərəfindən ələ keçirilən rus sənət əsərləri ilə bağlı araşdırmanı başa çatdırıb.


AFN.az xəbər verir ki, bu barədə Finlandiya mediası məlumat yayıb.

Baş gömrük müfəttişi Hannu Sinkkonen bildirib ki, onun sözlərinə görə, ələ keçirilən rus sənət əsərləri ilə bağlı istintaq bağlanıb. Eksponatlar xaricdə müvəqqəti sərgilərdə olub və Finlandiya vasitəsilə Rusiyanın müxtəlif muzeylərinə qaytarılıb.

Finlandiya gömrüyünün Vaalimaa sərhəd-keçid məntəqəsində Rusiyaya gedən incəsənət obyektlərini saxlaması haqda bir müddət əvvəl məlumat yayılıb. "Sahiblərinin sənədləri natamam idi və obyektlər sanksiya altında idi, ona görə də saxlanıldılar. Sonra Xarici İşlər Nazirliyi məsələni araşdırmağa başladı və bizə yaşıl işıq yandırdı, Rusiyaya daşınmaya davam etməyə icazə verildi", - deyə Sinkkonen bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu