"Bloomberg": Avropa qaz ehtiyatlarını sürətlə istifadə edir


Avropa öz qaz ehtiyatlarını son yeddi ildə heç vaxt olmadığı qədər sürətlə istifadə edir.



Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

“Avropa qaz ehtiyatlarını yeddi il ərzində heç vaxt olmadığı qədər sürətlə yandırır, çünki soyuq hava isitmə ehtiyacını artırır və temperaturun bu həftə yenidən düşəcəyi gözlənilir” deyə nəşrdə qeyd edilib.

Agentlik bildirib ki, qaz anbarlarının səviyyəsi 25% azalıb ki, bu da 2018-ci ildən bəri ən pis səviyyədir. Ehtiyatların sürətlə tükənməsi növbəti istilik mövsümü ərəfəsində ehtiyatların yığılmasında çətinliklər yarada və qısamüddətli qiymətlərə təsir göstərə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu