BMT-nin yardım karvanı Qəzzada İsrail tərəfindən atəşə tutulub


Yanvarın 5-də İsrail əsgərləri Fələstin anklavında Vadi Qəzzə keçidi yaxınlığında BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) humanitar yardım karvanını atəşə tutub.


AFN.az xəbər verir ki, bu barədə təşkilatın açıqlamasında bildirilir. Qeyd olunur ki, hadisə nəticəsində səkkiz əməkdaşın həyatı təhlükəyə düşüb.

“Səkkiz şəxsi heyətdən və üç maşından ibarət karvan, İsrail hakimiyyətindən bütün lazımi icazələri almasına baxmayaraq, atəşə tutulub. Avtomobillərə ən azı 16 güllə dəyib” - deyə açıqlamada bildirilir.

Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd edilir.

"Bu qəbuledilməz hadisə bu gün ÜƏP və digər agentliklərin fəaliyyət göstərdiyi çətin və təhlükəli iş mühitinin son nümunəsidir" - deyə təşkilatın bəyanatında əlavə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu