Kubada sursat anbarında baş verən partlayışda 13 əsgərin itkin düşdüyü təsdiqləndi
Kubanın Holqvin əyalətində sursat anbarında baş verən partlayışlar və ardınca yanğın nəticəsində azı 13 əsgər itkin düşüb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kubanın İnqilabçı Silahlı Qüvvələri Nazirliyi məlumat yayıb.
"Hlqvin əyalətinin Rafael Freire bələdiyyəsinin Melones şəhərindəki silah-sursat anbarında baş vermiş partlayışlar nəticəsində 13 nəfər itkin düşmüş hesab olunur", - nazirliyin X-də dərc olunmuş bəyanatında deyilir. Həmçinin itkin düşən 13 nəfərin siyahısəı da dərc edilib.
Anbarda baş verən partlayışlar nəticəsində geniş ərazini əhatə edən yanğın baş verib, 360-dan çox insan bu ərazidən təxliyə edilib. Hadisənin səbəbləri hələlik dəqiqləşdirilməyib.