Rusiyanın Ukraynaya qarşı hərəkətlərini soyqırım kimi tanımaq üçün ABŞ Konqresinə qətnamə layihəsi təqdim edilib


"Ukrayna ilə bağlı ilk qanun layihəsi 119-cu ABŞ Konqresinin aşağı palatasına təqdim edilib. O, dövlətimizə qarşı müharibədə Kremlin hərəkətlərini soyqırım kimi tanımağa çağırır".


AFN.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Facebook-da yazıb.

“Konqres öz işinin ilk həftəsində Rusiyanın Ukraynaya qarşı müharibədə hər gün cinayət törətməsinə mühüm diqqət yetirir. ABŞ Konqresinin Nümayəndələr Palatasına Rusiya Federasiyasının Ukraynaya qarşı hərəkətlərinin soyqırım kimi tanınmasını tələb edən qətnamə layihəsi yenidən təqdim edilib”, - deyə Markarova yazıb.

Onun sözlərinə görə, bu, Ukraynanın Vaşinqtondakı səfirliyi ilə Nümayəndələr Palatasındakı ikipartiyalı qanunvericilər qrupu arasında qarşılıqlı əlaqənin nəticəsi olub.

Xüsusilə, sənədin preambulasında bildirilir ki, Rusiya qoşunlarının Ukraynada törətdiyi vəhşiliklər - dinc əhaliyə hücumlar, doğum evlərinə və tibb müəssisələrinə birbaşa hücumlar, o cümlədən uşaqlar da daxil olmaqla, yüz minlərlə ukraynalının məcburi köçkünlüyünə Rusiya və işğal olunmuş ərazilər BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının II maddəsində göstərilən meyarlara cavab verir.

Qətnamə layihəsində Rusiya Federasiyası tərəfindən Ukrayna xalqının soyqırımı pislənir və ABŞ NATO və Aİ ilə birlikdə növbəti cinayətlərin qarşısını almaq üçün Ukraynaya dəstək verməyə çağırır. Sənəd həmçinin Rusiyanı hərbi cinayətlərə və təcavüzə görə məsuliyyətə cəlb etmək üçün tribunalları və təhqiqatları dəstəkləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu