Livanın yeni prezidenti Cozef Aun seçilib


Livanda iki ildir davam edən prezident seçkiləri böhranından sonra Baş Qərargah rəisi Cozef Aun parlamentdə keçirilən səsvermədə yeni prezident seçilib.



Livanın yeni prezidenti Livan parlamentində keçirilən 13-cü prezident seçkiləri sessiyasının ikinci turunda seçilib.

İlk turda heç bir nəticə əldə olunmayan səsvermənin ikinci turunda Baş Qərargah rəisi Aun 99 səs toplayıb. Səsvermədə 18 nəfər etibarsız, 9 nəfər bitərəf, 2 nəfər başqa namizədə səs verib.

Ölkə qanunlarına görə, namizədin prezident seçilə bilməsi üçün 128 yerlik parlamentdə səslərin ən azı üçdə ikisinin səsini almalıdır. Bu, 86 səsə uyğundur.

Aun sessiyanın birinci turunda 71 səs toplayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu