ABŞ-da meşə yanğınları: İqtisadi itkilər 57 milyard dollara çata bilər
ABŞ-ın Kaliforniya ştatında güclü küləklər səbəbindən yayılan meşə yanğınlarının ümumi zərəri və iqtisadi itkilərinin 52-57 milyard dollar arasında olacağı gözlənilir.
Qlobal hava proqnozu xidməti olan "AccuWeather" Kaliforniya meşə yanğınlarının iqtisadi xərcləri ilə bağlı ilkin hesablamalarını açıqlayıb.
Müvafiq olaraq, Kaliforniyada meşə yanğınları nəticəsində ümumi zərərin və iqtisadi itkilərin 52-57 milyard dollar arasında ola biləcəyi təxmin edilir.
Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində quru hava şəraiti ilə birlikdə güclü külək nəticəsində çərşənbə axşamı axşam meşə yanğınları başlayıb.