Siyarto: Metapnevmovirus pandemiyası təhlükəsi yoxdur
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada metapnevmovirus infeksiyası pandemiyası təhlükəsi yoxdur.
Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.
"Bu axşam biz köhnə həmkarım və Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qhebreheslə telefonda məsləhətləşdik" deyə o, Facebook səhifəsində yazıb.
Siyarto əmin olduğunu bildirib ki, dünya metapnevmovirus infeksiyası pandemiyası təhlükəsini gözləməməlidir. O, həmçinin qeyd edib ki, bir neçə dəfə oxşar formada ortaya çıxan virus artıq ÜST ekspertləri tərəfindən yaxşı öyrənilib.
"Dostum Tedros məni sakitləşdirdi və məni əmin etdi ki, hazırda qlobal sağlamlıq üçün fövqəladə vəziyyət təhlükəsi yoxdur" deyə Siyarto vurğulayıb.