Aİ Albaniya ilə üzvlük danışıqlarında ikinci fəsillər toplusunu açıq elan edib

Avropa İttifaqı (Aİ) Albaniya ilə üzvlük danışıqları çərçivəsində ikinci fəsillərin açılışını elan edib.
Brüsseldə Aİ və Albaniya arasında 3-cü üzvlük konfransı keçirilib.
Albaniya ilə xarici əlaqələr, xarici siyasət, təhlükəsizlik və müdafiə bölməsinin açıldığı görüşdən sonra Aİ-nin müvəqqəti sədri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə komissarı Marta Kos və Albaniya Baş naziri Edi Rama ortaq mətbuat konfransı keçirib.
Siyarto Albaniyanın əldə etdiyi irəliləyişləri təqdir etdiklərinə diqqət çəkərək, Macarıstanın sədrliyi dövründə Aİ-nin genişlənmə siyasətini sürətləndirməyi bacardıqlarını bildirib.
Siyarto regionun narahatlığını və Qərbi Balkanlarda sabitlik, sülh, əmin-amanlıq və inkişafın əhəmiyyətini çox yaxşı başa düşdüklərini bildirib. Sədr son altı ayda genişlənmə prosesini sürətləndirmək üçün bütün səyləri göstərdiklərini də vurğulayıb.